Yanvar - mart ayında 142 ÖLÜM - AVTOQƏZADA
    • 8-05-2019, 12:40
    • 854

Yanvar - mart ayında 142 ÖLÜM - AVTOQƏZADA

2019-cu ilin yanvar-mart aylarında ölkənin avtomobil yollarında 374 və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,2 faiz azalaraq 484 nəfər olub. Onlardan 142-si həlak olmuş, 342-si isə yaralanıb. Hadisələrin 43,3 faizi gündüz, 36,9 faizi gecə, 19,8 faizi isə toran vaxtı baş vermiş, 26,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 26,5 faiz azalaraq 100 nəfər, yaralananların sayı isə 1,2 faiz artaraq 332 nəfər olub.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı2019-cu ilin yanvar-mart aylarında, vahid2018-ci ilin yanvar-mart aylarına nisbətən, faizlə
Bütün yol-nəqliyyat hadisələri – cəmi37499,5
Məkanına görə:
magistral avtomobil yollarında40129,0
yaşayış məntəqələrində33496,8
İşıqlılıq vəziyyətinə görə:
gündüz vaxtı162122,7
toran vaxtı7471,2
gecə vaxtı13898,6
Yol örtüyünün vəziyyətinə görə
quru yol örtüyü348103,6
digər (yaş, buz və s.)2665,0
Zərərçəkənlərin sayı, nəfər48495,8
həlak olanlar14287,7
yaralananlar34299,7
Bütün yol-nəqliyyat hadisələrinin 48,1 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 29,7 faizi (5,1 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 22,2 faizi (40,7 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9 faizini, yaralananların isə 75,7 faizini kişilər təşkil edir.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş vermiş, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Hadisələr minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.