Elinanın baş daşına BU SÖZLƏR YAZILDI
    • 8-05-2019, 16:31
    • 4 095

Elinanın baş daşına BU SÖZLƏR YAZILDI "Yerin cənnətlik olsun, bizim mələyimiz..." - FOTO

"Yerin cənnətlik olsun, bizim mələyimiz..." News24.az xəbər verir ki, bu sözlər özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın məzar daşında yazılıb. 

Atası Ədalət Hacıyev və anası Sevil Hüseynovanın səyi nəticəsində hazırlanan məzar daşında Elinanın son şəkillərindən biri yer alıb. Ailədən News24.az-a verilən məlumata görə, məzar daşının üstündə mələk heykəlcik qoyulacaq. 

Bildirək ki, Elina Hacıyeva aprelin 4-də 162 saylı orta məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Elinanın 40 mərasimi mayın 15-də keçiriləcək.