Cəlilabadda avtomobil 5 yaşlı uşağı vurub öldürdü
    • 12-05-2019, 20:49
    • 1 256

Cəlilabadda avtomobil 5 yaşlı uşağı vurub öldürdü

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az-a"Report"a istinadla xəbər verir ki, hadisə rayonun Alarkəndi ərazisində qeydə alınıb. Belə ki, yolun kənarında oynayan kənd sakini, 5 yaşlı uşağı "VAZ-2107" markalı minik avtomobili vurub. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda azyaşlının şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, sürücü avtomobili yenicə alıb.

Faktla bağlı araşdırma aparılır.