Qubada maşın aşdı - üç yaralı

Qubada maşın aşdı - üç yaralı
KRİMİNAL

13 may 2019, 09:45

Mətn ölçüsü

Qubada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

News24.az-ın ONA-ya istinadla verdiyi xəbərə görə, hadisə  Quba-Xaçmaz yolunun Quba rayonu Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 20 yaşlı Atakişiyev Taleh Allahverdi oğluna məxsus “VAZ- 2109” markalı avtomobil  idarəetməni itirərək yolun kənarındakı  dərəyə aşıb.
Hadisə nəticəsində sürücü T.Atakişiyev, avtomobildə olan Quba şəhər sakini, 1999-cu il təvəllüdlü Əliyev Tural Kamran oğlu və digər bir sərnişin müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.