Yanacaq çəninin içərisindən siqaretlər aşkarlanıb - FOTO

Yanacaq çəninin içərisindən siqaretlər aşkarlanıb - FOTO
KRİMİNAL

20 may 2019, 11:33

Mətn ölçüsü

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

DGK-nin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi düzəldilmiş yerdən 5760 ədəd "King" markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.