Kamil Zeynallı məhkəməyə MÜRACİƏT ETDİ
    • 20-05-2019, 13:18
    • 1 858

Kamil Zeynallı məhkəməyə MÜRACİƏT ETDİ

Tanınmış şou-biznes nümayəndəsi Kamil Zeynallı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

News24.az-ın məlumatına görə, Zeynallı Kamil Heybət oğlu borc müqaviləsinin etibarsız sayılması iddiası ilə məhkəməyə müraciət ünvanlayıb.

İş üzrə cavabdeh müqavilənin imzalandığı Cəfərov Heydər Novruz oğludur. İşlə bağlı ilk iclas iyunun 10-da keçiriləcək.

Bakı Apelyasiya Məhkəməsində işə hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, bir müddətdir ki, Kamil Zeynallı ilə Heydər Cəfərov arasında borc pul məsələsi ilə əlaqədar məhkəmə çəkişməsi yaşanır.