Azərbaycanda tələbələri daşıyan mikroavtobus qəzaya düşdü - 2 ölü, 22 yaralı YENİLƏNİB- SİYAHI
    • 23-05-2019, 11:05
    • 1 645

Azərbaycanda tələbələri daşıyan mikroavtobus qəzaya düşdü - 2 ölü, 22 yaralı YENİLƏNİB- SİYAHI

Yevlax rayonunda mikroavtobusun aşması nəticəsində ölən və yaralanan şəxslərin adları açıqlanıb.

News24.az
"Report"a istinadla verdiyi məlumata görə,  "Mercedes" markalı mikroavtobus Yevlax-Xaldan-Mingəçevir yolunda hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. 

Qəza nəticəsində 2 nəfər - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə hadisə yerində, 20 yaşlı Sadət Müzəffər qızı Musayeva isə xəstəxanada ölüb.

Qəza nəticəsində mikroavtobusda olan 20-dən çox sərnişin xəsarət alıb. 

Yaralılar:
Nəsibli Ülviyyə Ədalət qızı (2000)
Məmmədova Nigar Azər qızı (1999)
Məmmədova Rüfanə Hüseyn qızı (1993)
Cəbrayılov Elzamin Pərviz oğlu (2003)
Qədirli Afət Seymur qızı (2002)
Nəcəfli Aygün Azər qızı (2002)
Həsənov Ümüd İsmayıl oğlu (2001)
İmanova Gülər Adil qızı (1982)
Əkbərov Əziz Əkbər (2001)
Cəfərova Fizzə Mahmud qızı (1959)
Hüseynova Aynurə Adil qızı (1977)
Şəhriyarov Xüdaverdi Qəmbər (1967)
Alıxanov Elşən Röşən oğlu (2000)
Şahmali İlahə Ramil oğlu (2001)
Məmmədli Aygül Azər qızı (1994)
Behbudov Murad Hüseyn oğlu (2002)
Məmmədova Gülər Vidadi qızı qızı (1989)
Ibrahimov Şəhlar Abbas oğlu (1999)
Yaralıların müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.


***
10.51
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, Yevlax-Xaldan-Mingəçevir istiqamətlərində hərəkət edən “Mercedes” markalı mikroavtobus rayonun Xaldan istiqamətində hərəkətdə olarkən təkəri partlayıb və avtobus idarəetmədən çıxaraq aşıb.

ONA-nın məlumatına görə, tələbələrin olduğu mikroavtobusun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 22 nəfər yaralanıb. 

Ölənlərin hər ikisi qadındır. Onlar – 2006-cı il təvəllüdlü Sevindik Tamerlan qızı İmanzadə və Səadət Məzahir qızı Musayevadır. Onlaredan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda ölüb.

Yaralılardan 21 nəfəri Yevlax Mərkəzi Rayon Xəstəxansına, 3 nəfəri isə Mingəçevir şəhər Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların əksəriyyəti Yevlax sakinləridir.

Faktla bağlı araşdırma aparılır.