16 il axtarışdan sonra ələ keçdi

16 il axtarışdan sonra ələ keçdi Kriminal

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları 16 il axtarışda olan şəxsi yaxalayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan News24.az -a bildiriblər ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində 2003-cü il yanvarın 2-dən axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb.