Toyuq hinində narkotik yetişdirən "bağban" tutuldu

Toyuq hinində narkotik yetişdirən "bağban" tutuldu
KRİMİNAL

28 may 2019, 12:20

Mətn ölçüsü

İsmayıllı rayonunda toyuq hinində narkotik yetişdirən şəxs tutulub. 

News 24.az xəbər verir ki, bu haqda "Report"-a DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən xəbərə görə, mayın 27-də İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Quşencə kənd sakini, 28 yaşlı Turab Alıyev saxlanılıb. 

Onun yaşadığı evə baxış keçirilən zaman həyətyanı sahədə və toyuq hininin içərisində xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 4 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.