Bakıda cinayət – Qadını aldadıb 280 min manat aldı
    • 5-06-2019, 14:21
    • 1 895

Bakıda cinayət – Qadını aldadıb 280 min manat aldı

Bakıda dələduzluq etmiş şəxsin barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az
-ın məlumatına görə, bir neçə nəfəri aldadaraq onlardan külli miqdarda pul alan Həsənov Bəhlul Hüseyn oğlu barəsində Cinayət
Məcəlləsinin 178.3.2-ci, yəni dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 3 nəfərin zərərçəkən kimi tanındığı işə hakim Mirzə Xankişiyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edən zərərçəkmiş 1967-ci il təvəllüdlü Məlahət Qurbanova bildirib ki, 2015-ci ilin may ayında 1966-ci il təvəllüdlü Bəhlul Həsənov onu aldadaraq 280 000 manat pulunu alıb.