Saatlı sakinindən 278 ədəd çətənə kolu götürülüb
    • 6-06-2019, 11:12
    • 1 506

Saatlı sakinindən 278 ədəd çətənə kolu götürülüb

Saatlı rayonunda 278 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

News24.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumata verilib.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mollavaizli kənd sakini Namiq Mehdiyev saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 278 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.