Keçmiş məhkumdan 2 kiloqramdan çox marixuana götürülüb
    • 6-06-2019, 14:43
    • 1 733

Keçmiş məhkumdan 2 kiloqramdan çox marixuana götürülüb

Bakıda keçmiş məhkumdan 2 kiloqram 185 qram marixuana götürülüb.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçirib. 

Nəticədə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayevdən 2 kiloqram 185 qram marixuana götürülüb.