Bakıda vəzifəli qadının evinə basqın - 3 nəfər HƏBS EDİLDİ
    • 7-06-2019, 11:45
    • 1 041

Bakıda vəzifəli qadının evinə basqın - 3 nəfər HƏBS EDİLDİ

Bakıda törədilmiş quldurluq cinayəti ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, paytaxt sakini olan Əhmədova Gülxarə Paşa qızının mənzilinə daxil olaraq onu hədələyib külli mqidarda pul ələ keçirməyə çalışan Məmmədov Orxan Mikayıl oğlu, Həsənov Şamxal Fəqani oğlu və Muradof Əlfəddin Qulaməli oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.2-cü, yəni quldurluq - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Samir Əliyvin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisəni törədən şəxslər G.Əhmədovanın evində xeyli pul və qızıl olduğunu biliblər. Hadisədə zərərçəkən qadın əvvəllər bir sıra vəzifələrdə çalışıb.