Binəqədidə kriminal avtoritet KÜÇƏDƏ GÜLLƏLƏNDİ - FOTO
    • 8-06-2019, 00:06
    • 2 918

Binəqədidə kriminal avtoritet KÜÇƏDƏ GÜLLƏLƏNDİ - FOTO

Bakı şəhəri, Binəqədi rayonu ərazisində atışma olub.

News24.az Baku.ws-ə istinadən xəbər verir ki, Rəsulzadə qəsəbəsində "Favorit" marketin yaxınlığında "Mercedes" markalı avtomobilin içində olan iki nəfər gülləbaran edilib. Onlardan biri hadisə yerində ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxslər 10 GD 021 dövlət nömrə nişanlı, "BMW X5" markalı avtomobillə qaçmağa çalışıblar. Lakin onlar Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsib sükan arxasında olan Hüseynov Səxavət Oruc oğlu və Cəlalov Taleh İbrahim oğlun saxlayıblar.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, 1976-cı il təvəllüdlü Mübariz Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.

Qeyd edək ki, 2017-ci ildə 1976-cı il təvəllüdlü Mübariz Budaqlı adlı şəxs İnterpol xətti ilə axtarışa verilib. Hazırda ölən şəxsin  sözügedən Mübariz Budaqlı olub olmaması barədə araşdırma aprılır.