Övladını vəhşicəsinə döyən ata HƏBS OLUNDU - PROKURORLUQ
    • 11-06-2019, 12:40
    • 970

Övladını vəhşicəsinə döyən ata HƏBS OLUNDU - PROKURORLUQ

Gəncə şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin (ad, soyad şərtidir) atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma  zamanı dərhal hadisə yerinə baxış keçirilmiş, hadisənin şahidlərinin izahatları alınmış və digər zəruri prosessual hərəkətlər həyata keçirilib. 

Baş Prokurorluqdan News24.az-a məlumatda qeyd olunur ki, fakt əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. 

Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb edilib. 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.