Bakıda marşrut avtobusu şəhər nəqliyyatını BELƏ İFLİC ETDİ – ÖZBAŞINALIQ
    • 11-06-2019, 17:31
    • 1 648

Bakıda marşrut avtobusu şəhər nəqliyyatını BELƏ İFLİC ETDİ – ÖZBAŞINALIQ

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozulması halı baş verib.

News24.az-ın məlumatına görə, 40 saylı marşrut avtobusu Sabunçu rayonu Bakıxanov qəsəbəsində yolun əks hərəkət zolağına çıxıb. Avtobusun sürücüsü üzbəüzdə xeyli maşının gəlməsinə baxmayaraq hərəkətini davam etdirib və qəza şəraiti yaradaraq əksinə sürüb. Hadisə şahidləri avtobus sürücüsünün etdiklərindən özünü qorumaq üçün ona yol verməyə məcbur olub.

Qeyd edək ki, 40 saylı marşrut xətti üzrə avtobuslar Bakıda ən intizamsız idarə edilən avtobuslardan sayılır. Demək olar ki, avtobus sürücüləri hər gün qaydaları kobud şəkildə pozur və qəza şəraiti yaradırlar.