Bakıda həbsxanadan çıxan qadından həmcinslərinə qarşı CİNAYƏT
    • 13-06-2019, 14:19
    • 779

Bakıda həbsxanadan çıxan qadından həmcinslərinə qarşı CİNAYƏT

Bakıda oğurluq etdiyi üçün məhkum edilmiş qadın Ali Məhkəməyə müraciət edib. 

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni təkrar oğurluq etmə maddəsi ilə ittiham edilərək məhkum edilmiş Rzayeva Səbinə Cavad qızı məhkəmədən işə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini tələb edib.
İşə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

S.Rzayevanın əməllərindən zərər çəkən 3 qadın məhkəmə tərəfindən zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, keçən ilin may ayının 17-də Yasamal rayonu ərazisindəki gözəllik salonlarından birinə gələn Abşeron rayon sakini, əvvəllər məhkum olunan Səbinə Rzayeva oranın sahibinin içərisində 372 manat və 5 ABŞ dolları pul olan çantasını açıq talama yolu ilə aparıb.

S.Rzayeva Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulub. Həbsxanadan yeni çıxmış Səbinənin başqa qadınlara qarşı da oğurluq etdiyi məlum olub.