Yasamalda ağır yol qəzası - 3 qadın xəsarət aldı -YENİLƏNİB
    • 14-06-2019, 11:01
    • 929

Yasamalda ağır yol qəzası - 3 qadın xəsarət aldı -YENİLƏNİB

Yasamal rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.

Onlar, sürücü 2000-ci il təvəllüdlü Ağamirova Esmira Zöhrab qızı belin əzilməsi, 1969-cu il təvəllüdlü Əliyeva Kəmalə Zakir qızı gicgahın əzilməsi və 1979-cu il təvəllüdlü Qurbanova Səmayə çiyinin əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Qəzanın səbəbləri araşdırılır./trend/

***
10.59

Yasamal rayonunda avtomobil qəzası baş verib.

News24.az
-ın xəbərinə görə, avtomobil bazarın arxasında baş verən qəzada 3 nəfər xəsarət alıb. 
Onlardan birinin 19, digərlərinin isə 40 və 50 yaşı olub. 

Xəsarət alanların üçü də 1 saylı Kliniki Tibbi Mərkəzə çatdlırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, xəsarət alanlardan 19 yaşlı gənc qız və 40 yaşlı qadın kəllə-beyin travması alıb. 50 yaşlı qadına isə başında yumşaq toxumaların əziyi diaqnozu qoyulub. Hazırda onların müayinəsi davam edir.