Bakı sakinindən metamfetamin və heroin aşkar edilərək GÖTÜRÜLÜB
    • 14-06-2019, 11:52
    • 1 459

Bakı sakinindən metamfetamin və heroin aşkar edilərək GÖTÜRÜLÜB

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini M.Bağırovdan metamfetamin aşkar edilərək götürülüb.


DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə olaraq 450 qram metamfetamin, idarə etdiyi “Mercedes” markalı avtomobildən 1 kiloqram 425 qram heroin, habelə sərnişini, Şabran rayon sakini F.Fərziyevdən metamfetamin və heroin aşkar edilərək götürülüb.