TƏCİLİ - Bakının mərkəzi prospektində DƏHŞƏT - TIR yanır
    • 14-06-2019, 21:32
    • 840

TƏCİLİ - Bakının mərkəzi prospektində DƏHŞƏT - TIR yanır

Bu dəqiqələrdə Bakının Nərimanov rayonunda yük maşını yanır.

News24.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Heydər Əliyev prospektində - Heydər Əliyev Mərkəzinin yaxınlığında ağırtonnajlı yük maşını yanır. Belə ki, "Volvo" markalı yük avtomobili qəfil alovlanıb. Nəticədə prospektdə böyük tıxac yaranıb.

Əraziyə yanğınsöndürmə briqadalarının yaxınlaşması tıxac səbəbindən mümkün olmayıb.