Bakıda ŞOK CİNAYƏT – Qadın 8 qızı satdı
    • 17-06-2019, 10:31
    • 1 271

Bakıda ŞOK CİNAYƏT – Qadın 8 qızı satdı

Bakıda insan alveri ilə məşğul olan qadın barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Allahverdiyeva Almaz Əbülfəz qızı barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci, yəni insan alveri-təkrar törədildikdə maddəsi ilə açılan işin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Romella Allahverdiyevanın icraatına verilib.
İstintaq zamanı məlum olub ki, Almaz Allahverdiyeva müxtəlif gənc qızları Bakının ayrı-ayrı yerlərində fahişəliyə cəlb edib və onların mştərilərlə görüşünü təşkil edib. İş üzrə 8 qız zərərçəkən şəxs qismində tanınıb.