Bakıda qardaş qardaşını döydü – CİNAYƏT İŞİ AÇILDI
    • 22-06-2019, 13:14
    • 937

Bakıda qardaş qardaşını döydü – CİNAYƏT İŞİ AÇILDI

Bakıda qardaşlar arasında baş vermiş davaya görə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Bakı şəhər sakini Hüseynov Sərxan Nübibət oğlu qardaşı Orxan tərəfindən döyülməsi ilə bağlı polisə şikayət edib.

Məsələ ilə bağlı tibbi ekspertiza təyin edilib və Sərxanın xəsarət alması təsdiqlənib.

Qardaşını döyən Orxan Hüseynov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci, yəni qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə iş açılıb.