Bakıda maskalı şəxs evə basqın etdi - EV SAHİBİNİ BIÇAQLADI
    • 26-06-2019, 12:12
    • 823

Bakıda maskalı şəxs evə basqın etdi - EV SAHİBİNİ BIÇAQLADI

İyunun 18-də saat 4 radələrində paytaxtın Zirə qəsəbəsində yaşayan S.Süleymanovanın evinə girmiş maskalı şəxsin onun baş və sinə nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib oradan 600 manat pul aparması barədə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini H.Hümbətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.