Keçmiş məhkumun evindən marixuana və heroin AŞKARLANIB
    • 28-06-2019, 11:41
    • 710

Keçmiş məhkumun evindən marixuana və heroin AŞKARLANIB

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN mətbuat xidmətinin  Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Polad Qəribov şübhəli şəxs qismində saxlanılıb. 


Onun yaşadığı evə baxış keçirilən zaman oradan 480 qram narkotik vasitə olan marixuana və 2 ədəd şprisdə heroin aşkar olunaraq götürülüb. 


Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.