Bərdə sakinindən  8 kiloqram marixuana tapılıb
    • 29-06-2019, 15:28
    • 1 446

Bərdə sakinindən 8 kiloqram marixuana tapılıb

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz saxlanması ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

News24.az-a
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Havarlı kənd sakini Məhəmməd Abbasovdan 8 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Etibar Nəzərov saxlanılaraq Polis Şöbəsinə gətirilib. E. Nəzərovun üzərindən 5 qram, evinə baxış keçirilən zaman 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.