Bakıda qadın silah götürüb aptekə basqın etdi – İNANILMAZ CİNAYƏT
    • 3-07-2019, 11:43
    • 1 434

Bakıda qadın silah götürüb aptekə basqın etdi – İNANILMAZ CİNAYƏT

Bakıda quldurluq etdiyi üçün məhkum edilmiş qadın kasasiya şikayəti verib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3-cü, yəni, quldurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə maddəsi ilə məhum edilən Əliyeva Aygün Məhərrəm qızı Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

İş Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatına verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 1984-cü il təvəllüdlü Aygün Əliyeva səkkiz il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə bu ilin martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Qeyd edilən ərazidə yerləşən aptekə gələn Bakı şəhər sakini Aygün Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aygün Əliyeva saxlanılıb.
İstintaq araşdırması zamanı məlum olub ki, Aygün Əliyeva daha əvvəldə məhkumluq həyatı yaşayıb.