Bakıda qadınları aldadan şəxsə cinayət işi açıldı
    • 3-07-2019, 14:30
    • 1 408

Bakıda qadınları aldadan şəxsə cinayət işi açıldı

Bakıda 2 qadına qarşı dələduzluq etmiş şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Yasamal Rayon Polis İdarəsində Məmmədov Maqsud Süleyman oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, yəni, dələduzluq – təkrar törədildikdə maddəsi ilə iş açılıb. Onun T.Kərimova və S.Lələyevaya qarşı dələduzluq etdiyi, hər iki qadının xeyli pulunu ələ keçirdiyi məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.