Karton qutuda 114 min siqaret KEÇİRMƏK İSTƏDİ
    • 5-07-2019, 10:30
    • 900

Karton qutuda 114 min siqaret KEÇİRMƏK İSTƏDİ

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə "Mercedes Benz" markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda siqaretlərin Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şossesində saxlanılıb və baxış keçirilib.

Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan 114 000 ədəd "King" markalı siqaretlər aşkar edilib.