Azərbaycanda 4 yaşlı oğlanın ölümü ilə bağlı YENİ XƏBƏR
    • 8-07-2019, 16:40
    • 1 351

Azərbaycanda 4 yaşlı oğlanın ölümü ilə bağlı YENİ XƏBƏR

Şəkidə 4 yaşlı uşağın ölümü ilə nəticələnən yol qəzasını törətmiş sürücü Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin  263-1.3-cü, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ölümlə nəticələndikdə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Sədirov Asiman İlham oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və brəsindəki hökmün dəyişdirilməsini xahiş edib. İş hakim Fərhad Kərimovun icraatına verilib.

Qeyd edək ki, yol qəzası 2018-ci ilin noyabrında qeydə alınıb. Vərəzət kənd sakini, 2014-cü il təvəllüdlü Mehrab İlham oğlu Qasımov babası ilə gedərkən qəfildən yolun hərəkət zolağına çıxıb. Bu zaman yolda "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan Baş Zəyzid kənd sakini Asiman Sədirov azyaşlını vurub. M.Qasımov aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.