Gömrükçülər külli miqdarda siqaret AŞKAR ETDİ
    • 11-07-2019, 11:21
    • 934

Gömrükçülər külli miqdarda siqaret AŞKAR ETDİ

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarət xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21110" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 1375 ədəd "Belomorkanal" papirosları aşkarlanıb.