Bakıda mənzildə 83 yaşlı kişinin MEYİTİ TAPILDI
    • 11-07-2019, 15:07
    • 991

Bakıda mənzildə 83 yaşlı kişinin MEYİTİ TAPILDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Atmoqolov Qeyfulla İdayatullayeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.