Şəmkirdə baş verən qəzada Universitet tələbəsi öldü
    • 17-07-2019, 12:00
    • 913

Şəmkirdə baş verən qəzada Universitet tələbəsi öldü

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs Azərbaycan Dövlət Aqrar Universitetinin IV kurs tələbəsi olub.

Rayonun Çaparlı kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Vəfadar oğlu Hüseynov baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində həlak olub.
Onun meyiti bu gün yaşadığı Çaparlı kəndinin qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, gecə saatlarında Şəmkir rayonunun Çaparlı kəndində baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.
Qəza nəticəsində 21 yaşlı Mərdənov Fərid Arzu oğlu və onun eyni yaşlı həmyerlisi Sadıqov Rəşad Zakir oğlu ağır xəsarət alıb.
Hər iki yaralı öncə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Qəza nəticəsində ölənin Kazım adlı şəxs olduğu bildirilir.