Kranın  üstünə çıxıb özünü öldürmək istədi - BAKIDA
    • 19-07-2019, 14:07
    • 817

Kranın üstünə çıxıb özünü öldürmək istədi - BAKIDA

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qülləli kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

News24.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.