Gömrükdə qanunsuz siqaret və spirtli içkilər AŞKARLANDI

Gömrükdə qanunsuz siqaret və spirtli içkilər AŞKARLANDI
KRİMİNAL

22 iyul 2019, 15:27

Mətn ölçüsü

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə müxtəlif markalı siqaretlərin, spirtli içkilərin və idman qidalarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Vaz 2106" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 1200 ədəd "Marlboro", 3400 ədəd "King" markalı siqaretlər, hər biri 0,5 litr olmaqla 6 ədəd "Jameson" markalı spirtli içkilər və üzərində "Mega Max" yazısı olan 32 ədəd idman qidaları aşkarlanıb.