Şəmkirdə qəza baş verdi -yaralılar var
    • 25-07-2019, 01:58
    • 926

Şəmkirdə qəza baş verdi -yaralılar var

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Keçli kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri 43 yaşlı Arza Tağıyev və 59 yaşlı Hüseyn Verdiyev hələlik markası məlum olmayan avtomobildə qəzaya düşüblər.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hər iki yaralının vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.