Qardaş bacısını bıçaqladı Suraxanıda dəhşət
    • 25-07-2019, 02:10
    • 1 306

Qardaş bacısını bıçaqladı Suraxanıda dəhşət

Suraxanı rayonunda qardaş bacısını bıçaqlayıb.

News24.az xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində baş verib.

Ailə münaqişəsi zəmnində qardaş öz bacısı, 1989-cu il təvəllüdlü Əliyeva Səbinə Vaqif qızına bıçaqla xəsarət yetirib.

Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Qarın nahiyəsindən 3 bıçaq xəsarəti alan S.Əliyeva reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.