Yevlaxda ağır qəza oldu bir ölü, iki yaralı- anbaan görüntülər
    • 25-07-2019, 23:28
    • 2 302

Yevlaxda ağır qəza oldu bir ölü, iki yaralı- anbaan görüntülər

Yevlax rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az hadisə Yevlax – Bərdə avtomobil yolunda qeydə alınıb.

OKA markalı minik avtomobili ilə “VAZ-2106” markalı avtomobil toqquşub.

Nəticədə sürücülərdən biri ölüb, iki nəfər isə xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

Hadisə nəticəsində OKA-nın sürücüsü, Bərdədə məskunlaşmış Ağdam rayon sakini 1966-cı il təvəllüdlü Vəliyev Telman Nəbi oğlu və “VAZ 2106” markalı avtomobilin sürücüsü Zərdab rayon sakini, 1959-cu il təvəllüdlü Əliyev Əşirəf Məmmədqulu oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.