Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşdü 4 yaralı
    • 27-07-2019, 19:30
    • 845

Türkiyədə azərbaycanlı tələbələr qəzaya düşdü 4 yaralı

Türkiyənin Kahramanmaraş şəhərində azərbaycanlı tələbələr qəza törədib.
News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kahramanmaraş-Kayseri yolu üzərində baş vermiş qəzada 4 nəfər yaralanıb. 21 yaşlı Fərid Ağazadə icarəyə götürdüyü 46 PC 805 nömrə nişanlı avtomobili yol kənarındakı maneəyə çırparaq tarlaya sürüklənib. Fərid və maşınında olan 3 tələbə dostu yaralanıb. Hadisə yerinə gələn təcili yardım maşınları yaralıları xəstəxanaya çatdırıb, vəziyyətləri normaldır.
Avtomobil istifadəsiz hala düşüb.