Avtomobil piyadanı vurduqdan sonra ağaca çırpıldı - Sumqayıtda
    • 28-07-2019, 13:02
    • 1 454

Avtomobil piyadanı vurduqdan sonra ağaca çırpıldı - Sumqayıtda

İyulun 27-də axşam saatlarında Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Niyazi küçəsində qeydə alınıb.
Sumqayıt Şəhər Polis İdarəsindən News24.az -a bildirilib ki, "Mercedes" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1982-ci il təvəllüdlü Elnarə Əliyevanı vurub. Avtomobil piyadanı vurduqdan sonra ağaclara dəyib.
Xəsarət alan şəhər sakini E.Əliyeva Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Ona alın nahiyəsinin deşilmiş yarası, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.