Türkiyədə təhsil alan azərbaycanlı tələbə vəfat etdi Qəfil ölüm
    • 29-07-2019, 22:09
    • 1 741

Türkiyədə təhsil alan azərbaycanlı tələbə vəfat etdi Qəfil ölüm

Türkiyənin Bilkent Universitetində təhsil alan həmyerlimiz İbrahim Abbasov iyulun 27-də dünyasını dəyişib. News24.az Bilkent Universitetinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, İbrahim mexanika mühəndisliyi fakültəsində, IV kursda təhsil alırmış. Təshil aldığı universitetinin rəsmi saytındakı başsağlığında təhsil müəssisəsinin rəhbərliyi İ.Abbasovun qəfil ölümündən sarsıldığını bildirir və mərhumun cənazəsinin Azərbaycanda torpağa tapşırılacağı bildirilir.
Xatırladaq ki, İ.Abbasov 2016-cı ildə Türkiyənin Bilkent Universitetinin 65,000 dollarlıq təqaüd proqramını qazanmışdı.