"Kamaz" markalı yük avtomobili piyadanı vurdu
    • 29-07-2019, 22:56
    • 1 167

"Kamaz" markalı yük avtomobili piyadanı vurdu

Ağcabədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az  xəbər verir ki, hadisə rayonun Taxtakörpü qəsəbəsində qeydə alınıb.
"Kamaz" markalı yük avtomobili yolu keçmək istəyən Laçın rayon məcburi köçkünü Səltənət Əsədovanı vurub. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun öldüyünü bildiriblər.
Faktla bağlı Laçın rayon polis şöbəsində araşdırma aparılır.