Goranboyda 3 avtomobil toqquşdu
    • 29-07-2019, 23:01
    • 829

Goranboyda 3 avtomobil toqquşdu

Goranboy rayonunda üç nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən ağır yol qəzası qeydə alınıb. 
News24.az  xəbər verir ki, hadisə Borsunlu kəndində baş verib. Hadisə nəticəsində "M21" markalı avtomobillə, "Toyota RAV 4" və  "VAZ 21 07" markalı avtomobillər toqquşub.
Nəticədə 62 yaşlı Lətif Abdullayev və 58 yaşlı Maarif Abdullayev xəsarət alıblar. Hər iki şəxsin vəziyyəti ağır qiymətləndirilir.
Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma başlanılıb.