Azərbaycanda kişi arvadını amansızlıqla öldürdü – 12 il sonra isə...
    • 30-07-2019, 14:28
    • 1 638

Azərbaycanda kişi arvadını amansızlıqla öldürdü – 12 il sonra isə...

2007-ci ildə Gədəbəydə arvadını qətlə yetirdiyi üçün məhkum edilən Məmmədov Əlviz Heydər oğlu Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham edilən şəxs Ali Məhkəmədən işin yenidən araşdırılmasını, ittiham edildiyi maddənin dəyişdirilməsini və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

İş hakim Şahin Yusifovun icraatına verilib.

Qeyd edək ki, 12 il əvvəl Məmmədov Əlviz Heydər oğlu

Gədəbəy rayonunun Dəyirmandağ kəndində ailə münaqişəsi zəminində arvadı Səadəti bıçaqla qətlə yetirib.