Avtomobil qəzasında nənə ilə nəvə canından oldu
    • 30-07-2019, 21:38
    • 1 016

Avtomobil qəzasında nənə ilə nəvə canından oldu

Bu gün Sumqayıtda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
News24.az xəbər verir ki, qəza şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 60 yaşlı Gilə Hüseynova və onun 5 yaşlı nəvəsi Məryəm Muradovanı avtomobil vurub. Xəsarət alan nənə və nəvə dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Azyaşlının vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.