Tanımadığı şəxs tərəfindən bıçaqlandı
    • 31-07-2019, 01:23
    • 1 129

Tanımadığı şəxs tərəfindən bıçaqlandı

Nizami rayonunda 21 yaşlı oğlan bıçaqlanıb.
News24.az xəbər verir ki, hadisə metronun Qara Qarayev stansiyasının yaxınlığında baş verib.
21 yaşlı Dəmirli Elşən Gündüz oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Bud nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb.
Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.