Köməksiz vəziyyətdə evdə dustaq qalan qadının meyiti tapıldı
    • 5-08-2019, 22:52
    • 857

Köməksiz vəziyyətdə evdə dustaq qalan qadının meyiti tapıldı

Bakının Səbail rayonunda mənzildən qadın meyiti tapılıb.
News24.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1950-ci il təvəllüdlü Axundova Afak İsmayıl qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.