AĞIR YOL QƏZASI 9 uşaq olmaqla, 14 nəfər yaralandı, 3 və 5 yaşlı Kənanla Leylanın ataları qəzada vəfat etdi
    • 6-08-2019, 01:45
    • 1 148

AĞIR YOL QƏZASI 9 uşaq olmaqla, 14 nəfər yaralandı, 3 və 5 yaşlı Kənanla Leylanın ataları qəzada vəfat etdi

Suraxanıda ağır yol qəzasında iki nəfər ölüb, 12 nəfər yaralanıb.
News24.az xəbər verir ki, Hövsan-Türkan yolunda “Mercedes” və “Nissan” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 9-u uşaq olmaqla, ümumilikdə 14 nəfər yaralanıb.
Yaralılardan bir nəfər hadisə yerində, bir nəfər uşaq isə xəstəxanada dünyasını dəyişib.
İki avtomobilin toqquşması nəticəsində yaralananların adları:

1983-cü il təvəllüdlü Həşimov Natiq Bilal oğlu
1987-ci il təvəllüdlü Fərziyeva Rahidə Eldar qızı
1989-cu il təvəllüdlü Əsgərzadə Nübar Nurəddin qızı
1989-cu il təvəllüdlü Xudaverdiyeva Kifayət Aydın qızı
3 yaşlı Xudaverdiyev Kənan Əjdər oğlu
5 yaşlı Xudaverdiyeva Leyla Əjdər qızı
2 yaşlı Fərzizadə Rüqəyya Etibar qızı
12 yaşlı Fərzizadə Xeyrulla Etibar oğlu
8 yaşlı Fərzizadə Hüseyn Etibar oğlu
3 yaşlı Əsgərzadə Taleh Mayıl oğlu
7 yaşlı Əsgərzadə Nuray Mayıl qızı
14 yaşlı İsrafilov Xəyal
13 yaşlı Musayev Əli Laçın oğlu.
1979-cu il təvəllüdlü Xudaverdiyev Əjdər Firuz oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
13 yaşlı Musayev Əli Laçın oğlu isə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, ilkin məlumatlara görə, qəza nəticəsində altı nəfərin yaralandığı bildirilmişdi.