Zibil atmaq üçün çıxmışdı avtomobil vurdu
    • 10-08-2019, 01:14
    • 932

Zibil atmaq üçün çıxmışdı avtomobil vurdu

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az hadisə ötən gün axşam saatlarında rayonun Arbatan kəndində baş verib.
Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü Feyzullayeva Rəhilə Əyyub qızı zibil atmaq məqsədilə evdən bayıra çıxıb.
Evin qarşısındakı yolu keçən zaman onu minik avtomobili vurub.
Qapalı kəllə-beyin travması alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.