Avtomobillə vurulan velosipedçi öldü
    • 12-08-2019, 19:03
    • 1 180

Avtomobillə vurulan velosipedçi öldü

Beyləqanda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Yuxarı Aran kəndi ərazisində qeydə alınıb. Belə ki, “VAZ” markalı avtomobil yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Pərvin Abbasovu vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.