Qurban bayramında avtoqəzaya düşənlərin Faciəvi statistikası
    • 12-08-2019, 22:46
    • 771

Qurban bayramında avtoqəzaya düşənlərin Faciəvi statistikası

Qurban bayramı günü Azərbaycan yollarında avtoqəza qurbanlarının sayı adi günlərdən heç də az olmayıb.
News24.az xəbər ki, Axar.az-ın hazırladığı statistikadan məlum olur ki, Ələt-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub.
1969-cu il təvəllüdlü Vidadi Rüstəm oğlu Əzimov ölüb. 1975-ci il təvəllüdlü Masallı rayon sakini, Mürşüd Cümşüd oğlu Nəsirov və Lənkəran rayon sakinləri - 1978-ci il təvəllüdlü Aynur Vahab qızı Əzimli, 1996-cı il təvəllüdlü Nicat Vidadi oğlu Əzimli Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Şəmkirdə isə 3 nəfərin yaralanması ilə nəticələn ağır yol-nəliqliyyat hadisəsi baş verib. Rayonun Çinarlı kəndində VAZ 21 01 markalı minik avtomobili ilə digər VAZ markalı minik maşını toquşub.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə olan qadını çıxardıblar.
Qəza nəticəsində 1964-cü il təvəllüdlü Xəlilov Aftandil Yaqub oğlu, 1961-ci il təvəllüdlü Əliyev Mətləb Ələsrəf oğlu və Əliyeva Şəlalə Mahmud qızı xəsarət alıblar.
Xəstəxadan bildirilib ki, yaraların vəziyyəti orta ağır olaraq qalır. Qadının vəziyyəti daha ağırdır. Onun bel nahiyyəsindən ağır xəsarət aldığı bildirilir.
33 yaşlı Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Süleymanov Ceyhun Sərvər oğlu sükanı arxasında olduğu "Tofaş" markalı avtomobillə Mərdəkan qəsəbəsində qəza törədib.
Nəticədə xəsarət alan sürücü Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birinə aparılıb.
Bakının Sabunçu rayonunun “Balaxanı işıqforu” adlanan ərazisində “Mersedes” və VAZ-2107 markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-ın 24 yaşlı sürücüsü Musayev Elşad Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.